Ziya Əzizov Hollandiyada klubunu dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ziya Əzizov Hollandiyanın "Den Boş" klubundan ayrılıb. SportLine.az xəbər verir ki, futbolçu karyerasını bu ölkənin digər klubu - "Nek Neymegen"də davam etdirəcək.

19 yaşlı yarımmüdafiəçinin keçidi və müqavilə şərtləri ilə bağlı məlumatlar açıqlanmayıb.

Qeyd edək ki, Z.Əzizov "Den Boş" klubunun yetirməsidir.