Ziya Əzizovun komandasından növbəti qələbə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" Hollandiya II Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Maastrix” kollektivi olub.

Qarşılaşma "Den Boş"un qələbəsi ilə yekunlaşıb - 2:1.

Z.Əzizov oyuna ehtiyat oyunçular skamyasından başlayıb və 90-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Den Boş" 32 turdan sonra 44 xalla 20 komanda arasında 9-cudur.