Avropa Oyunları: Azərbaycan medal sıralamasında 24-cü yerdədir

Polşada keçirilən III Avropa Oyunlarının doqquzuncu günündən sonra Azərbaycan 24-cü yerdədir.  

Sportline.az xəbər verir ki, komandamızın aktivində 2 qızıl, 1 gümüş və 5 bürünc medal var. 

Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (21 qızıl, 21 gümüş, 26 bürünc) başçılıq edir. Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) ikinci piləyə yüksəlib, İspaniya (18 qızıl, 12 gümüş, 14 bürünc) isə üçüncü yerə düşüb.

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib. Onlardan 33-ü çempionluq sevinci yaşaya bilib.