Olimpiadaya görə Luvra giriş bahalaşdı

Paris-2024 olimpiadası ilə əlaqədar Luvr muzeyinə giriş biletlərinin qiyməti bahalaşacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Le Parisien" qəzeti məlumat yayıb.

Mənbə bildirir ki, son 8 ildə dəyişməz qalan qiymət 30 faiz artırılacaq. 

Luvr rəhbərliyi bunu olimpiada ilə əlaqədar muzeyin xərclərinin artacağı ilə izah edib.

Qeyd edək ki, Paris olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.