Avropa Oyunları: İdmançılarımız bu gün 3 növdə yarışacaqlar

Polşada III Avropa Oyunları davam edir.

Sportline.az xəbər verir ki, yarışın onuncu günündə Azərbaycan idmançıları 3 növdə mübarizə aparacaqlar.

Komandamızın üzvləri atıcılıq, badminton və çimərlik futbolunda bacarıqlarını göstərəcəklər.

Atıcılıq

11:00. Kişilər (25 metr məsafəyə tapança ilə sürətli atəş açma, təsnifat mərhələsi, 1-ci gün): Ruslan Lunyov

11:00. Qadınlar (Trap, təsnifat mərhələsi, 1-ci gün): Ülviyyə Eyvazova, Aydan Camalova

Badminton

13:00. Kişilər (fərdi, 1/8 final): Edi Reski Dviçayo – Kalle Kolyonen (Finlandiya)

13:00. Qadınlar (fərdi, 1/8 final): Keyşa Fatime Zəhra – Jenjira Stadelmann (İsveçrə)

Çimərlik futbolu

18:00. Kişilər. A qrupu, III tur: Azərbaycan - İspaniya