Azərbaycan çempionatında növbəti oyunların vaxtı müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, vaxtı dəyişdirilmiş I turun 2 görüşü dekabrın 9-da olacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 15:00-da “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcək.

Saat 19:00-da isə “Azərreyl”lə UNEC komandaları görüşəcək.

Bu oyun “Murov Az Terminal”ın idman zalında olacaq.