Bu gün Azərbaycan çempionu müəyyənləşəcək

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının qalibi məlum olacaq.

Sportline.az xəbər verir ki, final matçında "Azərreyl"lə "Abşeron" münasibətləri aydınlaşdıracaq. 

Bakı İdman Sarayında keçiriləcək görüş saat 16:00-da başlanacaq.

Daha əvvəl “Murov Az Terminal” "Gəncə"ni 3:0 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.

Final görüşündən sonra kişi və qadın voleybolçuların mükafatlandırma və turnirin bağlanış mərasimi təşkil ediləcək.