"Barselona" düşərgəsində gərgin vəziyyət

UEFA Çempionlar Liqasında mübarizəni dayandıran "Barselona"nın düşərgəsində vəziyyət gərginləşib.

Sportline.az xəbər verir ki, baş məşqçi Xavi durumu nəzərə alaraq, komandanın məşqini təxirə salıb.

AS nəşrinin məlumatına görə, ağır məğlubiyyətdən sonra futbolçular arasında münasibətlər ürəkaçan deyil.

Bu sözlər xüsusilə İlkay Gündoğanla PSL ilə oyunda (1-4) qırmızı vərəqə alan Ronald Arauxoya aiddir.

Xavi və köməkçiləri abu-havanın sabitləşməsi üçün bugünkü məşqi təxirə salmağı məqsədəuyğun hesab ediblər.