ÇL: "Barselona" "Napoli" qarşısına belə çıxacaq

Bu gecə UEFA Çempionlar Liqasında 1/4 finalın daha iki i.tirakçısı müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri İspaniyada olacaq.

İlk oyunda hərəyə bir qol vuran "Barselona" və "Napoli" bu dəfə İspaniyada münasibətləri aydınlaşdıracaq.

Oyun öncəsi katalonların heyətində ciddi itkilər var. Alexandro Balde, Qavi, Pedri, Fernan Torres, Frenki De Yonq zədə səbəbindən oyunu buraxacaq. Markos Alonsonun iştirakı isə sual altındadır. "Napoli"də isə yeganə itki Pyotr Zelinskidir.

Qeyd edək ki, bu, tərəflər arasında keçiriləcək 6-cı rəsmi görüş olacaq. Əvvəlki 5 görüşdə 2 dəfə Barselona meydandan  qalib ayrılıb, 3 görüşdə isə qalib müəyyənləşməyib.