ÇL: "Borussiya" PSV qarşısına itkilərlə çıxacaq

Bu gecə UEFA Çempionlar Liqasında son 1/4 finalçılar müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, ilk görüşdən 1-1 hesablı bərabərliklə ayrılan “Borussiya” və PSV bu dəfə Almaniyada üz üzə gələcək.

Meydan sahiblərinin heyətində Samuel Bamba, Sebastian Hale zədə səbəbindən, Şlotterberq isə cəzalı olduğu üçün bu oyunu buraxacaq. Qonaqların baş məşqçisi Peter Boş isə 2 oyunçunun xidmətindən yararlana bilməyəcək. Söhbət Noa Lanq və İsmail Saibaridən gedir.

Qeyd edək ki, bu, tərəflər arasında 4-cü rəsmi görüş olacaq. Bunadək keçirilən 3 oyunda 1 dəfə “Borussiya” qələbəyə sevinib. İki oyun isə bərabərliklə yekunlaşıb.

Oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.