III Avropa Oyunları: İki idmançımız 1/8 finalda

Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünü keçirib.

Sportline.az xəbər verir ki, o, G qrupundakı ikinci qarşılaşmasında Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə üz-üzə gəlib.

Rəqibini məğlub edən (2:1) Dviçayo ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün ispaniyalı Luis Enrike Penalveyə qalib gəlmişdi.

Beləliklə, Azərbaycan təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

13:33

Digər badmintonçumuz Keyşa Fatimə Zəhra D qrupundakı ikinci matçında Moldova təmsilçisi Vlada Qinqa ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən (2:0) Keyşa Fatimə Zəhra ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün litvalı Samanta Qolubikaiteyə qalib gəlmişdi.

Beləliklə, Azərbaycan təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, badminton idman növü Avropa Oyunlarında Avropa çempionatı statusu daşıyır və dünya çempionatından sonra Paris olimpiadasına ən yüksək reytinq xalları verir.