Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan bütün komandalar məlum olub
UEFA Konfrans Liqasında yarımfinala vəsiqə qazanan son komanda məlum olub.
Sportline.az xəbər verir ki, Yunanıstanda keçirilən ilk görüşdə "Olimpiakos"a 2:3 hesabı ilə uduzan Türkiyənin "Fənərbağça" komandası bu dəfə eyni rəqiblə İstanbulda üz-üzə gəlib.
Meydan sahibləri əsas və əlavə vaxtda 1:0 üstün olduğu üçün penaltilər seriyasına ehtiyac duyulub. Burda yunanlar daha dəqiq olublar - 3:2.
"Olimpiakos" yarımfinalda İngiltərənin "Aston Villa" komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl Konfrans Liqasında yarımfinala vəsiqə qazanan növbəti komanda Belçika təmsilçisi "Brügge" ilə Yunanıstan PAOK-u arasında qarşılaşmada məlum olub. "Brügge" birinci görüşdə 1:0 hesabı ilə məğlub etdiyi PAOK-a cavab matçında da qalib gələrək (2:0) yarımfinala vəsiqə qazanıb.
"Brügge" yarımfinalda İtaliya təmsilçisi "Fiorentina" ilə qarşılaşacaq.