Millimiz Bosniya və Hersoqovinaya yollanır

Mayın 29-dan iyunun 3-dək, Bosniya və Herseqovinanın Tuzla şəhərində, 2000-2001-ci il təvəllüdlü həndbolçu qızlar arasında “Challenge Trophy” yarışı keçiriləcək.

Sportline.az xəbər verir ki, Avropa ölkələrini təmsil edən 8 komanda iki qrupda mübarizə aparacaq. 

Azərbaycan seçməsi Böyük Britaniya, Bosniya və Herseqovina və Lüksemburq milliləri ilə birlikdə “B” qrupunda yer alacaq. Estoniya, Moldova, Belçika və Kipr kollektivləri isə,  “A” qrupunda bacarığını göstərəcək.

Yarış iştirakçıları mayın 29-dan 31-dək qrup oyunlarında qüvvələrini sınayacaqlar. İyunun 2-də yarımfinal görüşləri, bir gün sonra isə final matçı keçiriləcək.

Xatırladaq ki, millimiz 2002-ci ildə Bakıda qadınlar arasında keçirilən anoloji yarışın baş mükafatına layiq görülmüşdü.