“Qarabağ” ardıcıl 6-cı qələbəsini qazanıb

Həndbol üzrə Azərbaycan çempionatlarında VI tura start verilib.

Sportline.az xəbər verir ki, ilk gündə 3 qarşılaşma olub.

Qadınların “AHF Arena”da keçirilən “Qarabağ” - “Kür” matçı “Qarabağ”ın qələbəsi ilə nəticələnib.

Kişilərin liqasında isə “Bakı” “İdman Akademiyası”nı üstələyib.

Qeyd edək ki, bu gün qadınlarda “Gənclər Birliyi” – “Azəryol”, kişilərdə isə “Azəryol” - “Təhsil” və “Qarabağ” – “Dinamo” oyunları keçiriləcək.

Azərbaycan çempionatı
VI tur

Qadınlar
“İdman Akademiyası” - “Bakı” 35:22
“Qarabağ” – “Kür” 29:25
Xal durumu: “Qarabağ” - 12, “Azəryol”, “Kür” – 7, “İdman Akademiyası” - 6, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər
“İdman Akademiyası” - “Bakı” 20:37
Xal durumu: “Kür” - 10, “Bakı” - 8, “Qarabağ” – 6, “Azəryol” - 4, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.