Qətər olimpiadanı da təşkil etmək istəyir
Qətər dövləti 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyindədir.
Sportline.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax məlumat verib.Onun sözlərinə görə, DÇ-2022-yə uğurlu ev sahibliyi edən Qətər 2036-cı il Yay Olimpiya Oyunlarını qəbul etmək üçün namizədliyini irəli sürmək niyyətindədir.
Xarici medianın yazdığına görə, Qətər dünya çempionatı üçün tikdiyi stadionlardan futbol klublarının iştirakı ilə nəhəng yarışlar təşkil etməyə çalışacaq.