Taekvondoçumuz mübarizəni dayandırdı

Bakıda taekvondo üzrə dünya çempionatı başlanıb.

Sportline.az xəbər verir ki, Bakı Kristal Zalında keçirilən yarışın ilk günündə Azərbaycan seçmə komandasının bir üzvü mübarizəyə qatılıb.

68 kq çəki dərəcəsində yarışan Cavad Ağayev 1/32 finalda Eldar Kurmanaliyev (Qırğızıstan) ilə görüşdə 2:0 hesablı qələbə qazansa da, növbəti döyüşündə çinli Çenminq Xiaoya uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, iyunun 4-dək keçiriləcək dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində bacarığını göstərəcək.