124 illik tarixində ilk dəfə ləğv edilən yarış
Daha əvvəl koronavirus pandemiyası səbəbindən sentyabrın 14-ə təxirə salınan Boston marafonu ləğv edilib.
Sportline.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Boston yürüşü 124 illik tarixində ilk dəfə keçirilməyəcək. Bildirilib ki, marafon virtual yarışma kimi təşkil olunacaq. Qeydiyyata alınan bütün iştirakçıların etdiyi ödəniş özlərinə geri qaytarılacaq. Onlar marafonun virtual versiyasında iştirak edəcəklər.
Boston Marafonunun İcraçı direktoru Tom Qril qərar barədə açıqlama verib: “Əsas prioritetimiz sağlamlığı qorumaqdır. Bu addım işçilər, iştirakçılar, könüllülər, tamaşaçılar və azarkeşlərin təhlükəsizliyi üçün atılıb".
Amerika Birləşmiş Ştatlarında 1,7 milyondan çox insanın koronavirusa yoluxduğu, 100 mindən çox insanın isə öldüyü deyilir.