38 yaşlı futbolçu daha 1 il komandada qalacaq

“Parma” futbolçusu Bruno Alveşlə müqaviləni uzadıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü 2018-ci ildən İtaliya klubunda çıxış edir. O, bu mövsüm A Seriyasında 17 oyuna çıxıb.