"Şamaxı" "Qəbələ"yə qalib gəlir, "Qarabağ" "Sumqayıt"a qarşı
Bu gün Misli Premyer Liqasında 13-cü tura yekun vurulacaq.
Sportline.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başlayıb.
Hazırda "Şamaxı" "Qəbələ"ni qəbul edir. Bu komandalar arasında ilk dövrənin görüşü 0:0 hesabı ilə yekunlaşıb.
Turun son matçında isə "Qarabağ" "Sumqayıt"la qarşılaşacaq. Sözügedən kollektivlərin 1-ci dövrədəki oyununda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
29 noyabr
14:30. "Şamaxı" – "Qəbələ" - 1:0 (İkinci hissə)
Qol: Ayman Bouali, 11
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Ruslan Quliyev
VAR: Cavid Cəlilov
AVAR: Kərim Zeynalov
Şamaxı şəhər stadionu
17:00. "Qarabağ" – "Sumqayıt"
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
"Azersun Arena"
27 noyabr
"İmişli" - "Şəfa" - 1:3
"Neftçi" - "Zirə" - 1:0
28 noyabr
"Sabah" - "Araz-Naxçıvan" - 2:0
"Turan Tovuz" - "Kəpəz" - 2:1

Bombardirlər:
Breno Almeyda ("Neftçi") - 10 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Qustavo Klisman ("Neftçi") - 6 qol
Jo Batista ("Turan Tovuz") - 6 qol
Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 5 qol
Davit Volkov (“Zirə”) - 5 qol