“Biz də qələbə qazanmaq istəyirik”

"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 13-cü turu çərçivəsində "Sabah"a məğlub olduqları matç (0:2) barədə fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Çempionlar Liqasında çıxış edən komandaya qarşı oynamaq xoşdur. Bizi çətin matçın gözlədiyini bilirdik. Komandamızın heyəti tam formalaşmayıb, bəzi futbolçularımız çatışmır. Buna baxmayaraq, oyunçularımız əllərindən gələni etdilər".

- “Araz-Naxçıvan” nə vaxt qələbə qazanacaq?

- Biz də bunun baş verməsini istəyirik.

- Qış fasiləsində neçə transferə ehtiyacınız var?

- Heyəti gücləndirmək üçün əlimizdən gələni edəcəyik.

- Qarşıdakı iki oyunda da çempionluq uğrunda mübarizə aparan komandalarla qarşılaşacaqsınız. Bu matçlarda hədəfiniz nə olacaq?

- Meydana çıxıb öz oyunumuzu oynayacağıq. Futbolda hər şey mümkündür. Bəzən istədiyin alınır, bəzən isə yox.