Cəlal oynadı, komandası uduzdu

Rumıniya Superliqasında 17-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” öz meydanında “Arceş”lə üz-üzə gəlib.

Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. “Arceş”ə qələbə gətirən qolu 41-ci dəqiqədə Qabriel Çarpentier vurub. 

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 81-ci dəqiqədə Tiberiu Kapusanın əvəzinə meydana daxil olub. 

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 30 xalda qalan "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.