Superliqada 13-cü tura start verildi

Türkiyə Superliqasında 13-cü tura start verilib. 

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. 

“Konyaspor” səfərdə “Alanyaspor”a, “Rizespor” isə öz meydanında “Kasımpaşa”ya qalib gəlib. 

“Alanyaspor” - “Konyaspor” - 1:2
Qollar: Haci, 15 (1:0), Muleka, 23 (1:1), Mostafa 90+7 (1:2)

“Rizespor” - “Kasımpaşa” - 3:2
Qollar: Laçi, 22 (1:0), Vinck, 32 (1:1), Mendes, 47 (1:2), Bulut, 81 (2:2), Borrelli, 90+1 (3:2)

Bu nəticələrdən sonra “Kasımpaşa” 23 xalla 5-ci, “Rizespor” 20 xalla 9-cu, “Alanyaspor” 12 xalla 14-cü, “Konyaspor” isə 11 xalla 15-ci pillədə qərarlaşıb.