75 yaşlı futbolçu klubunu dəyişdi

75 yaşlı futbolçu Ezz El-Din Bahaderi transfer edilib.

Sportline.az xəbər verir ki, onu Misirin III liqa klubu "6th October" heyətinə qatıb. Müqavilənin detalları açıqlanmayıb. Bahadir meydana çıxacağı təqdirdə, ən yaşlı peşəkar futbolçu olacaq.

Qeyd edək ki, hazırkı rekord İsrailin 4-ci liqa təmsilçisi "Or Yehuda"in sabiq oyunçusu Hayikə (73 yaş) məxsusdu.