75 yaşlı futbolçu rekorda imza ata bilər

"Dünyanın ən yaşlı peşəkar futbolçusu" adının sahibi dəyişə bilər.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzzəddin Bahader bu ada yiyələnmək niyyətindədir. 75 yaşlı misirli bunun üçün peşəkar klubun heyətində 90 dəqiqə meydanda olmalıdır. Ötən ilin noyabr ayından ölkəsinin 3-cü liqa klublarından birinin heyətində məşq edən Bahaderin 4 övladı və 6 nəvəsi var.

6 yaşından bu yana futbol oynadığını deyən afrikalı peşəkar futbolçu olmaq arzusunu gələn ay gerçəkləşdirmək istəyir: "Qarşımda hələ uzun yol var. Məşq etməkdən yorulmuram. Çalışmağa davam edəcəyəm. Məqsədim yalnız ən yaşlı futbolçu kimi tarixə düşmək deyil, həm də yaxşı oyun göstərməkdir. Hesab edirəm ki, gələn ay hədəfimə çatacağam".