AFFA daha bir legioneri milliləşdirir

AFFA "Keşlə"nin üzvü olan futbolçu Sezar Meza Kollini milliləşdirir.

Sportline.az xəbər verir ki, bu barədə federasiyanın saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, oyunçunun FIFA-nın müvafiq qaydalarına əsaslanmaqla Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən milliləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 28 yaşlı yarmmüdafiəçi bugünə qədər ölkəmizdə 55 oyun keçirib və 7 qol vurub.