AFFA-dan iki komandaya texniki məğlubiyyət

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, U-13 Qızlar Liqasının, “UGİM” (Naftalan) – “Gənclik UFK” oyununda qonaq komandanın heyətində sənədi olmayan oyunçu iştirak etdiyi üçün kluba texniki məğlubiyyət verilib və hesab olduğu kimi saxlanılıb- 6-0.

Bundan başqa, futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin "AzMİU" – "Baker Hughes" arasında cavab oyununun 29-cu dəqiqə 56-cı saniyəsində meydan sahiblərinin heyətində yetərli oyunçunun olmadığı üçün komandaya texniki məğlubiyyət verilib.

Oyunun 28-ci dəqiqə 53-cü saniyəsində “AzMİU” komandasının oyunçusu Heydər Mustafazadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Cəmi 1 dəqiqə sonra isə komandasının digər oyunçusu Fatih Demirdağ hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Oyunun 29-cu dəqiqə 56-cı saniyəsində isə “AzMİU”nun bir başqa üzvü Ayberkemre İnceoğlu hakimə etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.