AFFA-nın növbədənkənar konfransı olacaq
AFFA-nın yeni ildə ilk növbədənkənar konfransı keçiriləcək.
Sportline.az xəbər verir ki, tədbir sabah “Bulvar otel”də olacaq.
Saat 10:00-da başlanacaq konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması olacaq. Həmçinin digər məsələlər də nəzərdən keçiriləcək.
Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin ötən il dekabrın 13-dəki iclasında qəbul olunub.