AFFA "Şamaxı"nı cəzalandırdı

AFFA Gənclər Liqasında çıxış edən "Şamaxı"nı cəzalandırıb.

Sportline.az xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

Bölgə təmsilçisi "Qarabağ"la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün texniki məğlubiyyət alıb.

Hesab isə olduğu kimi saxlanılıb.