İsmail Taofik: “Bütün matçlarda 3 xal qazanmaq istəyirik”
“Hər matçda qalib gəlmək istəyirik. Bu matç da istisna təşkil etmirdi. Lakin yekunda 1 xalla kifayətlənməli olduq”.
Sportlin.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu İsmail Taofik Misli Premyer Liqasının V turunda “Zirə”yə qarşı keçirilən oyun (1:1) barədə danışarkən deyib.
Nigeriyalı futbolçu məhsuldar ötürmə ilə yadda qalmasına belə münasibət bildirib: “Bu, normal haldır, mənim işimdir. Məqsədimiz qalib gəlməkdir. Təəssüf ki, ikinci qolu vura bilmədik. Hədəfimiz çempionluqdur. Buna görə də bütün matçlarda 3 xal qazanmaq istəyirik”.
“Məhsuldar ötürmə müəllifi olmağınız sayəsində sizi növbəti matçda start heyətində görə bilərikmi?” sualını İ.Taofik belə cavablandırıb: “Bu barədə bir söz deyə bilmərəm. Qərarı baş məşqçi verir. Mən məşqlərdə əlimdən gələni edirəm. İnanıram ki, tezliklə əsas heyət üzvü olacağam”.