Afrika Millətlər Kuboku yenidən iki ildən bir keçiriləcək

Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun keçirilmə tezliyi ilə bağlı əvvəlki qərarını dəyişib.

Sportline.az xəbər verir ki, qurum turnirin yenidən iki ildən bir təşkil olunmasına qərar verib. Xatırladaq ki, ötən il yarışın dörd ildən bir keçirilməsi planlaşdırılmışdı.

CAF prezidenti Patris Motsepe qərarın Afrika futbolunun maliyyə və inkişaf maraqları nəzərə alınaraq verildiyini bildirib.

Növbəti turnirlər 2028, 2031 və 2033-cü illərdə təşkil olunacaq.