“Espanyol”un yeni baş məşqçisi məlum oldu
“Espanyol” baş məşqçi postuna Eder Sarabianı təyin edib.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssisin gəlişi Kataloniya klubunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sarabia daha əvvəl İspaniya futbolunda müxtəlif klublarda çalışıb və komanda idarəçiliyi təcrübəsinə malikdir.
Onun əsas vəzifəsi “Espanyol”un oyununu yaxşılaşdırmaq və mövsümün qalan hissəsində sabit nəticələr əldə etmək olacaq.
Klubun rəsmi təyinatı İspaniya mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib.