Kriştiano Ronaldo tarixin ən yaxşısı seçildi
Portuqaliya millisinin və “Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo “Ballon d’Or” tarixinin ən yaxşı qalibi seçilib.
Sportline.az xəbər verir ki, 41 yaşlı hücumçu B.O.A.T. (Bütün zamanların ən yaxşısı) adlı azarkeş səsverməsində birinci olub. Səsvermə “Qızıl top” mükafatının tarixində ən yaxşı mövsümü müəyyənləşdirmək məqsədilə təşkil edilib.
Ronaldo 2008-ci ildə “Mançester Yunayted”in heyətində qazandığı “Qızıl top”la rəqiblərini qabaqlayıb. Həmin mövsüm portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub.
Səsvermədə ikinci yeri Lionel Messinin 2012-ci ildəki mövsümü tutub. Ronaldo 2017-ci ildəki çıxışı ilə də ilk üçlükdə yer alıb.
Qeyd edək ki, bu seçim rəsmi “Qızıl top” mükafatı deyil, azarkeşlər arasında keçirilən sorğudur.