“Real Madrid” Mbappeyə görə Çindən üzr istədi

İspaniyanın “Real Madrid” klubu futbolçusu Kilian Mbappenin açıqlamalarına görə Çin xalqından üzr istəyib.

Sportline.az xəbər verir ki, Madrid təmsilçisi bununla bağlı rəsmi bəyanat yayıb.

Klub fransalı hücumçunun son açıqlamalarının Çində narazılıq yaratmasından təəssüfləndiyini bildirib.

“Real Madrid” Çin xalqına Kilian Mbappenin son sözlərinin səbəb ola biləcəyi narahatlığa görə üzrxahlığını bildirir. Klubumuz Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də “Real Madrid”ə sevgi və rəğbət bəsləyən milyonlarla çinli azarkeşə dərin hörmətlə yanaşır”, – deyə bəyanatda qeyd olunub.

Madrid klubu Mbappenin də ictimaiyyət qarşısında üzr istədiyini xatırladıb:

“Klub Kilian Mbappenin açıq şəkildə bildirdiyi üzrxahlığa qoşulur. Futbolçu sözlərinə görə peşmanlığını ifadə edib və Çin xalqına hörmətini bir daha vurğulayıb”.