"Arsenal"ın sensasiyalı məğlubiyyəti
"Arsenal" İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində 4-cü liqa təmsilçisi "Flitvud Siti" ilə qarşlaşıb.
Sportline.az xəbər verir ki, oyununda hesabı 21-ci dəqiqədə "Flitvud Siti"nin futbolçusu Aaron Loupalo açıb. 50-ci dəqiqədə Viktor Qyökereş cavab qolunu vurub.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə "Flitvud Siti" 5:3 hesabı ilə üstün olaraq mərhələ adlayıb. Beləliklə, "Arsenal" mübarizəni 1/8 finalda dayandırıb.
Həmin oyundan hazırlanmış videoicmalı təqdim edirik: