“Mançester Yunayted” 70 milyon funtdan çox ödəməli olacaq

"Mançester Yunayted” “Nyukasl”ın müdafiəçisi Lyuis Holl ilə maraqlanmağa davam edir.

Sportline.az xəbər verir ki, "Nyukasl” futbolçunun transferi üçün 70 milyon funt sterlinqdən artıq məbləğ tələb edə bilər. Məlumata görə, yanvar ayında transferin baş tutması gözlənilmir və mümkün keçid gələn yay müzakirə oluna bilər. 

Bununla belə, tərəflər arasında razılaşmanın əldə olunduğu barədə məlumat yoxdur.