Kompaninin durumu açıqlandı

"Bavariya”nın baş məşqçisi Vinsent Kompaninin komandaya nə vaxt qayıdacağı hələ məlum deyil.

Sportline.az xəbər verir ki, Münhen təmsilçisinin köməkçi məşqçisi Aaron Danks belçikalı mütəxəssisin özünü daha yaxşı hiss etdiyini bildirib. O, Kompani ilə söhbətinin yaxşı keçdiyini söyləyib.

Qeyd edək ki, komandanı qarşıdakı günlərdə “Maqdeburq” və Dortmund “Borussiya”sı ilə oyunlar gözləyir.