Zubimendi "Real" yolunda
“Çelsi”nin “Arsenal”ın yarımmüdafiəçisi Martin Zubimendi ilə maraqlandığı iddia olunur.
Sportline.az xəbər verir ki, London klubu futbolçunun transferi uğrunda mübarizəyə qoşulub. Daha əvvəl Zubimendi ilə “Real”ın da maraqlandığı barədə xəbərlər yayılmışdı.
Yeni iddiaya görə, Madrid təmsilçisi artıq bu transfer yarışında yeganə namizəd deyil.
Hələlik klublardan heç birinin rəsmi təklif göndərdiyi barədə məlumat yoxdur.