Premyer Liqa klubları eyni hücumçu üçün yarışacaq
“Mançester Siti” və “Çelsi”nin “Brügge”nin hücumçusu Nikolo Tresoldi ilə maraqlandığı barədə yeni məlumat yayılıb.
Sportline.az xəbər verir ki, hər iki İngiltərə klubu futbolçunu canlı izləmək üçün nümayəndələrini Belçika təmsilçisinin oyununa göndərib.
Tresoldi cari mövsümdə məhsuldarlığı ilə diqqət çəkir və Avropanın bir sıra tanınmış klublarının maraq dairəsindədir.
Nəşrin məlumatına görə, “Milan” və “Arsenal” da hücumçunun mümkün transferini nəzərdən keçirir. Bununla belə, “Brügge”nin futbolçunu satmaq istəmədiyi bildirilir.