Maykl Kerrik göndərilir

“Mançester Yunayted”də Maykl Kerrikin gələcəyi ilə bağlı suallar fonunda Eddi Haunun adı gündəmə gəlib.

Sportline.az xəbər verir ki, “Nyukasl”ın sabiq baş məşqçisi “Old Trafford” klubunun mümkün namizədləri arasındadır.

Məlumata əsasən, Haunun keçmiş köməkçilərindən bəzilərinin də onunla yenidən işləməyə hazır olduğu bildirilir. Bu ehtimal reallaşarsa, “Mançester Yunayted”də təkcə baş məşqçi deyil, məşqçilər heyəti səviyyəsində də dəyişikliklər ola bilər.

Lakin klubun Karriklə bağlı yekun qərarı və Haunun təyinatı barədə rəsmi açıqlama yoxdur. Hazırkı məlumatlar İngiltərə mətbuatının mümkün məşqçi dəyişiklikləri ilə bağlı iddialarına əsaslanır.