Nəhəng klublar Luka Vuşkoviçlə maraqlanır
"Liverpul”, “Real” və “Barselona”nın “Brayton”un müdafiəçisi Luka Vuşkoviçlə maraqlandığı bildirilir.
Sportline.az xəbər verir ki, Avropanın aparıcı klubları 19 yaşlı futbolçunun çıxışını diqqətlə izləyir.
Nəşr futbolçunun mümkün transfer dəyərinin təxminən 50 milyon funt sterlinq ola biləcəyini yazır. “Liverpul” müdafiə xəttini gücləndirmək üçün gənc oyunçulara diqqət yetirir, İspaniya nəhənglərinin də Vuşkoviçi gələcək üçün perspektivli namizəd hesab etdiyi bildirilir.
Bununla belə, klublardan heç birinin rəsmi təklif göndərdiyi təsdiqlənməyib. Futbolçunun gələcəyi ilə bağlı qərarın növbəti transfer pəncərələrində gündəmə gəlməsi mümkündür.