Federasiya “Barselona”nı cərimələdi

İspaniya Futbol Federasiyası “Barselona”nı Xulian Alvareslə bağlı qayda pozuntusuna görə 602 avro cərimələyib. 

Sportline.az xəbər verir ki,  “Atletiko” yay transfer dövründə argentinalı hücumçu ilə əlaqə saxlanılarkən klubun əvvəlcədən məlumatlandırılmadığını iddia edib. 

Məsələ ilə bağlı şikayətə baxıldıqdan sonra Kataloniya təmsilçisinə cərimə tətbiq olunub. Alvaresin transferi baş tutmasa da, onun gələcəyi ətrafında müzakirələr davam edir. 

Qeyd edək ki, bu cərimə futbolçunun “Barselona”ya keçəcəyi anlamına gəlmir.