“Liverpul” “Borussiya”nın futbolçusunu izləyir

"Liverpul” “Borussiya”nın yarımmüdafiəçisi Feliks Nmeçanı yüksək qiymətləndirir. 

Sportline.az xəbər verir ki, almaniyalı futbolçu İngiltərə klubunun diqqət mərkəzindədir, lakin hazırda prioritet transfer hədəfi sayılmır.

Məlumatda “Liverpul”un yarımmüdafiə xəttini gücləndirmək üçün Lamine Kamara və Aleks Skottun da namizədlər arasında olduğu bildirilir.

Hələlik Nmeça ilə bağlı rəsmi təklif və ya razılaşma barədə məlumat yoxdur.