Emeri: “Suzuki komandamıza çox tez uyğunlaşdı
"Aston Villa”nın baş məşqçisi Unay Emeri yeni qapıçı Zion Suzukinin çıxışını yüksək qiymətləndirib.
Sportline.az xəbər verir ki, yaponiya millisinin üzvü komandanın oyun quruculuğunda və müdafiədə etibarlılığında mühüm rol oynayır.
“Əlbəttə, qapıçı ilk növbədə qapımızı qorumalıdır. Amma oyun quruculuğunda da bizə kömək etməlidir. Suzuki qısa ötürmələr verə, rəqibin pressinqini yarmaq üçün boşluqları düzgün müəyyənləşdirə və uzun ötürmələrlə hücumçularımızı topla təmin edə bilir”, – deyə Emeri bildirib.
İspaniyalı mütəxəssis qapıçının komandaya qısa müddətdə uyğunlaşmasından məmnun olduğunu deyib. Emeri onun mentalitetini də xüsusi vurğulayaraq ambisiyalı futbolçu olduğunu qeyd edib.