Kvaratsxeliya əməliyyat olundu
PSJ-nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının yırtılması səbəbindən əməliyyat keçirib.
Sportline.az xəbər verir ki, Fransa klubu müdaxilənin Dohada uğurla başa çatdığını açıqlayıb. Futbolçu zədəsini ötən həftə “Barselona” ilə Çempionlar Liqası matçında alıb.
PSJ-nin məlumatına görə, o, bundan sonra bərpa prosesinə başlayacaq.
Bu cür zədələrdə sağalma müddəti adətən altı ay və ya daha çox çəkə bilər.