"Qarabağ" "Dinamo" Zaqrebə qarşı

Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçilik etdiyi kolllektiv 2-ci təsnifat mərhələsinn ilk oyunları çərçivəsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə qarşılaşacaq.

"Azərsun Arena"da keçiriləcək matç saat 15:30-da başlayacaq. Bu komandalar arasında cavab oyunu noyabrın 4-də olacaq.

Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin üstün tərəfi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası Yerli çempionlar yolu xətti ilə bu turnirdə iştirak edir. "Sabah"ın U-19 komandası isə Çempionlar Liqası yolu ilə turnirdə mübarizə aparır.

Yerli çempionlar yolu xətti ilə yarışda mübarizə aparan komanda (indiki halda "Qarabağ") turnirin 1/16 final mərhələsinə yüksəlmək üçün iki mərhələ keçməlidir. Həmin mərhələdə Çempionlar Liqası yolunda ilk 22 yeri tutan komanda da yarışacaq.