“Çelsi”nin gənc ulduzu PSJ-nin hədəfindədir
PSJ “Çelsi”nin braziliyalı futbolçusu Estevaonun transferi ilə maraqlanır.
Sportline.az xəbər verir ki, London klubu müəyyən şərtlər daxilində 18 yaşlı oyunçunun yanvarda ayrılmasına razılıq verə bilər.
Paris təmsilçisinin bu keçidi reallaşdırmaq üçün addımlar atdığı iddia olunur. Bununla belə, futbolçunun PSJ-yə keçidi ilə bağlı yekun razılaşma yoxdur.