“Mançester Yunayted” üçün daha bir namizəd

“Brayton”un baş məşqçisi Fabian Hürzeler “Mançester Yunayted”lə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının oyunlarına kökləndiyini vurğulayaraq, Maykl Karrikə hörmət etdiyini deyib.

“Hazırda bütün diqqətim öz işimdədir. Hər üç gündən bir oynadığımız üçün şayiələr barədə düşünməyə vaxtım yoxdur”, – deyə Hürzeler bildirib.

Mətbuatda onun Kerrikin mümkün əvəzləyiciləri sırasında olduğu yazılsa da, məşqçi “Brayton”dakı işinə fokuslandığını açıq şəkildə ifadə edib.