Trent "Liverpul"a qayıdır?

Trent Aleksander-Arnoldun “Real”dakı gələcəyi ilə bağlı yeni iddia yayılıb.

Sportline.az xəbər verir ki, ingiltərəli müdafiəçi baş məşqçi Joze Mourinyo ilə oyun vaxtı barədə görüşmək istəyib. Futbolçunun sabiq klubu “Liverpul”a qayıtması da mətbuatda müzakirə olunur.

Bununla belə, yanvar transferi ilə bağlı razılaşmanın əldə edildiyi bildirilmir.