"Arsenal"ın gözü Duenin üzərindədir
PSJ-nin hücumçusu Dezire Due İngiltərə klublarının diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, “Arsenal”, “Çelsi” və “Mançester Siti” 20 yaşlı futbolçunun vəziyyətini izləyir. Lakin Paris təmsilçisi oyunçunu satmağa tələsmir və onunla müqavilənin uzadılması istiqamətində danışıqlar aparır.
Bu səbəbdən Duenin yaxın transfer pəncərəsində İngiltərəyə yollanması çətin görünür.