"Oyunda iştirak edə biləcəyinə nikbin yanaşıram”

“Liverpul”un yarımmüdafiəçisi Florian Virtzın zədəsi ilə bağlı nikbin açıqlama verilib.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Andoni İraola futbolçunun “Çelsi” ilə qarşıdakı matçda iştirak edə biləcəyinə ümid etdiyini bildirib.

“Onun vəziyyəti kifayət qədər yaxşıdır. Oyunda iştirak edə biləcəyinə nikbin yanaşıram”, – deyə mütəxəssis qeyd edib.

Bununla yanaşı, Dominik Soboslai və Viktor Munyosun meydana çıxmasının daha çətin olacağını söyləyib.